Yeni Azərbaycan Partiyasının
yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və
mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan
Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin
ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və
fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni
böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər
və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti
ətrafında birləşdilər və nəhayət 21 noyabr 1992-ci il tarixində YAP-ın təsis
konfransı baş tutaraq yaradıldı. YAP-ın təsis
konfransında ümummilli lider Heydər Əliyev yekdilliklə yeni yaradılan
partiyanın sədri seçildi. Qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi.
Bunun əsas qayəsi inam və etibar idi. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu
Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq
üçün bu gün də bütün lazımi səyləri göstərirlər. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə
yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu
öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı
onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik
etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı
qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf
etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə
yüksəltdi. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına
yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş
müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər
Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər
qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz
inkişaf yoluna qədəm qoysun. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən
illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış
etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan
Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol
keçmişdir”.
Ulu öndərin və onun qurucusu
olduğu partiyanın ən böyük uğurlarından biri də siyasi varislik məsələsinin
uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılması
olmuşdur. Böyük dövlət xadimi Heydər Əliyev 2003-cü ilin oktyabrın 1-də Azərbaycan
xalqına müraciətində yazırdı: "Mənim hələ tamamlanmamış çox perspektivli
planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək...Həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın
layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər." Ulu öndərin layiqli
siyasi varisi cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əlsəriyyətinin dəstəyini
qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan Ümummilli
Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək Ulu
öndərin böyük arzularını yerinə yetirərək ölkəmizi daha yüksək inkişaf mərhələsinə
çıxartmışdır.
Azərbaycan dövlətinin uğurlu siyasəti
regional enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və
bununla da həm bölgədə, həm də ümumilikdə Avrasiya məkanında yeni əməkdaşlıq
formatları yarandı. Məhz bu baxımdan Prezident İlham Əliyev tərəfindən YAP-ın
VII qurultayında təqdim olunan konsepsiyalar son dərəcə mühüm əhəmiyyət kəsb
edir. Çünki məhz bu konsepsiyalar ölkəmizin postmüharibə dövrü üçün inkişaf
proqramının əsas müddəalarını müəyyən etmiş oldu”.
Vüqar İsmayılov,
YAP Xocalı rayon təşkilatının əməkdaşı